...

Azərbaycan xilasediciləri Türkiyədə zəlzələ bölgəsinə yola düşüb

Cəmiyyət Materials 6 Fevral 2023 20:34 (UTC +04:00)
Azərbaycan xilasediciləri Türkiyədə zəlzələ bölgəsinə yola düşüb
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə bu ölkəyə yola salınmış Fövqəladə Hallar Nazirliyinin (FHN) çevik xilasetmə qüvvələri Adanada AFAD binasına yönləndirilib.

Trend bu barədə Türkiyə KİV-nə istinadən bildirir.

Qeyd edilib ki, 420 nəfərdən ibarət komanda Hatay şəhər mərkəzində və İsgəndərunda fəaliyyət göstərəcək.

4 axtarış-xilasetmə itinin də daxil olacağı qrup, dağıntılardakı axtarış-xilasetmə və dağıntıların təmizlənməsi fəaliyyətlərinə dəstək verəcək.

Heyət artıq zəlzələ bölgəsinə doğru yola düşüb.

Xatırladaq ki, bu gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Son məlumatlara görə, zəlzələ nəticəsində 1 541 nəfər həyatını itirib, 9 733 nəfər yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti