Bakı. Trend:
“Tüstü bacalarının istismarında təhlükəsizlik texnikası Qaydası”nın təsdiq edilib.
Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, bu barədə baş nairi Əli Əsədov qərar imzalayıb.
Qaydalara əsasən tüstü bacalarının istismarı zamanı istehlakçılara aşağıdakılar qadağandır:
- tüstü bacalarının quruluşunu dəyişdirmək, tüstü bacalarının təmizlənməsi üçün nəzərdə tutulan "cibləri" hörmək və ya bağlamaq;
- tüstü bacalarına və suqızdırıcıların tüstü ötürücü xətlərində özbaşına əlavə şiberlər (qapaqlar) quraşdırmaq;
- tüstü bacalarının təhlükəsiz və etibarlı istismarının təmin olunması məqsədilə müayinə aktı üzrə aşkar edilmiş nöqsan və (və ya) pozuntular aradan qaldırılmadan qaz qurğularından istifadə etmək;
- tüstü bacalarından təyinatına uyğun olmayan məqsədlər üçün istifadə etmək;
- tüstü bacalarının yaxınlığında yanan materiallardan hazırlanmış əşyalar yerləşdirmək. ________