...

Azərbaycanlıların Türkiyə üçün yardım toplaması gecə saatlarında da davam edir (FOTO/VİDEO)

Cəmiyyət Materials 7 Fevral 2023 22:22 (UTC +04:00)
Azərbaycanlıların Türkiyə üçün yardım toplaması gecə saatlarında da davam edir (FOTO/VİDEO)

Trend-i buradan izləyin

Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanlıların Türkiyə üçün yardım toplaması gecə saatlarında da davam edir.

Trend-in məlumatına görə, azərbaycanlılar Türkiyədə baş vermiş zəlzələdən zərərçəkmiş insanlar üçün yardım toplamağa davam edirlər.

Yardımlar Bakıda “Doğtaş” mebel mağazasında toplanır.

Qeyd edək ki, Türkiyənin Bakıdakı səfirliyi və Naxçıvandakı Baş konsulluğu yardım üçün Azərbaycan vətəndaşlarına müraciət edib.

Əşyalar şəxsən və ya karqo yolu ilə Naxçıvandakı Baş konsulluğa çatdırıla bilər. (Ünvan: Naxçıvan şəhəri Heydər Əliyev prospekti 17).

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Xeyli sayda insan həlak olub və yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti