Bakı. Trend:
Yollardakı son vəziyyət açıqlanıb.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Trend-ə verilən məlumata görə, bu yollarda sıxlıq müşahidə olunur:
1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə
kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası
istiqamətində;
3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti
istiqamətində;
4. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz
istiqamətində;
5. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti
ilə kəsişməyə qədər;
6. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov
küçəsi ilə kəsişməyə qədər;
7. Babək prospekti, mərkəz istiqamətində;
8. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından Azneft
dairəsi istiqamətində;
9. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə
Qorqud" parkı istiqamətində sıxlıq müşahidə olunur.