...

“Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi”nə icraçı direktorun müavini təyin edilib

Cəmiyyət Materials 16 Fevral 2023 16:33 (UTC +04:00)
“Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi”nə icraçı direktorun müavini təyin edilib

Trend-i buradan izləyin

Bakı. Trend:

Mərkəzin Müşahidə Şurasının qərarı ilə Aygün Bəşirova Mərkəzin icraçı direktorunun müavini təyin edilib.

Trend-in məlumatına görə, Aygün Bəşirova 1984-cü ildə anadan olub. 2005-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr pilləsini, 2013-cü ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının magistr pilləsini “Dövlət hüququ” ixtisaslaşması üzrə bitirib.

Aygün Bəşirova əmək fəaliyyətinə 2007-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsində başlayıb, 2017-ci ildən həmin baş idarənin İnzibati və hərbi normativ aktlar idarəsinin rəisi vəzifəsində çalışıb. Eyni zamanda o, Ədliyyə Nazirliyi Apellyasiya Şurasının üzvü olub. 2019-cu ildən hal-hazıradək Hüquqi Əməkdaşlıq üzrə Avropa Komitəsinin eksperti qismində fəaliyyət göstərib.

2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

Xəbər lenti

Xəbər lenti