...

FHN-in xilasediciləri Türkiyənin iki bölgəsində axtarış-xilasetmə əməliyyatlarını davam etdirir (FOTO/VİDEO)

Cəmiyyət Materials 19 Fevral 2023 11:52 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını davam etdirirlər.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, FHN-in qüvvələri bu vaxtadək Kahramanmaraş və Hatay bölgələrində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından ümumilikdə 53 nəfəri sağ, 774 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti