Bakı. Trend:
Fevralın 26-da və həftənin birinci yarısında ölkə ərazisində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə,
fevralın 25-nə olan məlumatına əsasən gözlənildiyi kimi ölkə
ərazisində müşahidə olunan yağıntılar 25-i gecə saatlarından
kəsilib. Səhər saatlarına olan məlumatına görə qalan qar örütüyünün
hündürlüyü:
Qaxda 88 sm, Şəkidə 29 sm, Qubada 20 sm, Ağdərədə 19 sm, Xaltanda
15 sm, Gədəbəydə 10 sm, Qəbələdə 9 sm, Oğuz, Qusarda 8 sm, Lerik,
Qobustanda 3 sm, Yardımlıda 2 sm olub.
Duman: Daşkəsən, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Şəki, Şamaxı,
Qrız, Salyan, Biləsuvar, Göyçay, Yardımlı, Lerikdə müşahidə olunub,
görünüş məsafəsi 50-200 metrədək məhdudlaşıb.
Külək: Cənub-qərb küləyi arabir Altıağacda 21 m/s, Naftalan,
Tovuzda 18 m/s, Ağdam, Tərtərdə 16 m/s, Bakıda və Abşeron
yarımadasında isə 20 m/s-dək güclənib, Neft Daşları stansiyasının
məlumatına əsasən dalğanın hündürlüyü 2.8 metrə çatıb.
Havanın minimal temperaturu: Bakıda və Abşeron yarımadasında 2°-dək
isti, Naxçıvanda 7°-dək şaxta, dağlıq rayonlarda 9-15° şaxta, aran
rayonlarında 2°-dək şaxta olub.
Fevralın 26-da və həftənin birinci yarısında ölkə ərazisində hava
şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və
səhər saatlarında bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi
əsəcək. Havanın temperaturu tədricən yüksələrək Bakıda və Abşeron
yarımadasında 15°-dək isti, aran rayonlarında və Naxçıvanda 14-19°
isti, dağlıq rayonlarda 3-8° isti olacaq.