...

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti IPA-nın Daimi Komitəsinə üzv seçilib (FOTO)

Cəmiyyət Materials 6 Mart 2023 12:03 (UTC +04:00)
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti IPA-nın Daimi Komitəsinə üzv seçilib (FOTO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Erkin Rəhimov Hindistanın Qandinaqar şəhərində keçirilən 30-cu Beynəlxalq Pediatriya Assosiasiyanın (IPA) konqresində iştirak edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, beynəlxalq konqresdə Azərbaycan Pediatriya Cəmiyyəti IPA-nın üzvlüyünə qəbul olunub. Eyni zamanda, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Beynəlxalq Pediatriya Assosiasiyasının ən ali idarəetmə orqanı olan Daimi Komitəyə (Standing Committee) Orta Asiya regionun təmsilçisi olaraq üzv seçilib.

Qeyd edək ki, 1910-cu ildə yaradılmış Beynəlxalq Pediatriya Assosiasiyasının tərkibinə 149 ölkədən olan 164 pediatrik peşə cəmiyyəti daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti