...

Ermənistanda olan insan haqlarının pozulması heç bir ölkədə yoxdur - Novella Cəfərova

Cəmiyyət Materials 14 Mart 2023 11:09 (UTC +04:00)
Ermənistanda olan insan haqlarının pozulması heç bir ölkədə yoxdur - Novella Cəfərova
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanda olan insan haqlarının pozulması heç bir ölkədə yoxdur.

Trend-in məlumatına görə, bunu hüquq müdafiəçisi Novella Cəfərova Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun Ermənistanda insan hüquq və azadlıqlarının pozulması faktları ilə bağlı hesabatı tədbirində deyib.

O bildirib ki, bəzi beynəlxalq təşkilatlar Azərbaycanda sabitliyi istəmir:

"Onlar Qarabağın işğaldan azad olunmasını istəmirdilər. Nə Ermənistanda, nə Gürcüstanda insan haqlarının pozulması adını çəkmir. Bu təşkilatlar Qafqazda yalnız Azərbaycanı ittiham edir. Hansı ki, Qafqazda ən demokratik dövlət Azərbaycandır. Biz hesabatda hansı ölkədə insan haqlarının pozulduğunu qeyd etmişik. Ermənistanda insan haqları necə pozulur, bu bütün təşkilatlara məlumdur".

Xatırladaq ki, Azərbaycan Hüquqmüdafiə Təşkilatlarının Monitorinq Qrupu “Ermənistan: Demokratiya və İnsan hüquqları (2018-2023)” hesabat sənədi hazırlayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti