...

ABŞ Azərbaycanda ingilis dili müəllimlərinin peşə ixtisasının artırılması üçün qrant ayıracaq

Cəmiyyət Materials 21 Mart 2023 14:53 (UTC +04:00)
ABŞ Azərbaycanda ingilis dili müəllimlərinin peşə ixtisasının artırılması üçün qrant ayıracaq
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Azərbaycanda ingilis dili müəllimlərinin ixtisasının artırılmasına 100 000 dollaradək vəsait ayırmağı planlaşdırır.

Trend bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinə istinadən xəbər verir.

Proqram "gənc və daha az təcrübəli müəllimlər" üçün nəzərdə tutulub. Onların həm onlayn, həm də əyani oxumaq imkanı olacaq. Orta məktəblərdə, ölkənin bölgələrində, həmçinin keçmiş məcburi köçkünlərlə işləyən ingilis dili müəllimlərinə yönəlmiş proqramlara xüsusi diqqət ayrılacaq.

"Proqram sinxron onlayn təhsil platformasından, praktik tədris proqramından və real zaman rejimində fərdi kouçinqdən istifadə edəcək. O, ingilis dilinin tədris keyfiyyətinin yaxşılaşdırılmasına və azərbaycanlı tələbələrin ingilis dili səviyyəsinin artırılmasına yönəlib", - proqramın təsvirində deyilir.

Bundan başqa, proqram ABŞ və Azərbaycan ekspertlərinin məlumat və təcrübə mübadiləsi yolu ilə iki ölkənin xalqları arasında əlaqələrin möhkəmlənməsinə yönəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti