...

Şəmkirdə də zəlzələ olub

Cəmiyyət Materials 24 Mart 2023 13:06 (UTC +04:00)
Şəmkirdə də zəlzələ olub
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Şəmkirdə zəlzələ olub.

Bu barədə Trend-ə Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Qeyd edilib ki, zəlzələ yerli vaxtla saat 12:27-də Gədəbəy stansiyasından 37 km şimal-şərqdə, Şəmkir rayonunda zəlzələ qeydə alınıb.

Zəlzələ hiss olunmayıb. Zəlzələnin maqnitudası 4 bal, dərinliyi 9 kilometr olub.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 11:09-da İsmayıllı stansiyasından 6 km şimalda İsmayıllı rayonunda zəlzələ qeydə alınıb. Zəlzələnin maqnitudası 4,2 dərinliyi 9 km olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti