...

Azərbaycanda mobil operatorların gəlirləri məlum olub

Cəmiyyət Materials 28 Mart 2023 20:57 (UTC +04:00)
Azərbaycanda mobil operatorların gəlirləri məlum olub
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda mobil telefon rabitəsi operatorlarının gəlirləri 173 milyon manatı ötüb.

Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

İnformasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2023- cü ilin yanvar-fevral aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 20,7 faiz artaraq 459,3 milyon manat təşkil edib.

Bu dəyərin 71,2 faizi əhali tərəfindən istehlak olunub. Xidmətlərdən əldə edilən gəlirin 37,8 faizi və ya 173,7 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti