Bakı. Trend:
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.
Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata
görə, havanın temperaturu gecə 7-10° isti, gündüz 15-19° isti
olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu olacaq. Nisbi rütubət
70-80 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı
gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı,
dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Axşama doğru yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir
duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 8-11° isti, gündüz 16-21° isti, dağlarda gecə 0-4° isti, gündüz 4-7° isti olacaq.