...

Martın 12-də keçirilmiş buraxılış imtahanındakı test tapşırıqlarının izahı açıqlanıb

Cəmiyyət Materials 12 Aprel 2023 10:15 (UTC +04:00)
Martın 12-də keçirilmiş buraxılış imtahanındakı test tapşırıqlarının izahı açıqlanıb
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

İmtahanda iştirak edənlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər test tapşırıqlarının izahı və onların dövlət standartları, eləcə də tədris proqramına uyğunluğu ilə tanış ola bilərlər.

Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, Cədvəllərdə siniflər üzrə fənn kurikulumu alt standartlarının ümumi sayı, 11-ci sinif buraxılış imtahanlarında yoxlanıla bilən altstandartların sayı və faktiki imtahanda yoxlanılan alt standartların sayı göstərilib.

Təqdim olunan izahlarda isə hər bir tapşırığın konkret olaraq hansı standartı yoxlamağa xidmət etdiyini də görə bilərsiniz.

Martın 12-də keçirilən imtahanların nəticələrinin növbəti həftə ərzində elan olunması nəzərdə tutulur. Hər bir şagird öz imtahan nəticəsi səhifəsinə daxil olub yazdıqları cavablar, həmçinin yazılı cavab tələb edən tapşırıqlar üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış ola biləcək.

QEYD: Martın 5-də keçirilmiş buraxılış imtahanında istifadə olunan test tapşırıqlarının izahı və standartlara uyğunluğu ötən həftə təqdim olunub. Müvafiq xəbərdə keçidlərə (https://dim.gov.az/news/10714/) daxil olub həmin materiallarla tanış ola bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti