...

Sahil Babayev Kürdəmir rayonunda vətəndaşları qəbul edib (FOTO)

Cəmiyyət Materials 14 Aprel 2023 15:53 (UTC +04:00)

Bakı. Trend:

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Kürdəmir rayonunda Kürdəmir və Hacıqabul rayonlarının sakinlərini qəbul edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, qəbuldan əvvəl Sahil Babayev və Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov Ümummilli Liderimiz Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Qəbul zamanı vətəndaşların pensiya və müavinət, digər sosial təminat növlərinə hüququn müəyyən olunması, mənzil və avtomobillə təminat, əlillik və reabilitasiya, aktiv məşğulluq proqramlarına cəlb olunma məsələlərinə dair müraciətləri dinlənilib. Müraciət edənlər arasında şəhid ailəsi üzvü və müharibə iştirakçıları da olub.

Hər bir müraciət fərdi qaydada araşdırılaraq nəticəsinə uyğun tədbirlər görülüb. Müraciətlərinə uyğun olaraq müvafiq mövzularda izahatlar verilməklə, vətəndaşlar sosial müdafiə və aktiv məşğulluq proqramlarına, o cümlədən özünüməşğulluq, ictimai işlər proqramlarına, reabilitasiya və sosial xidmətlərə cəlb edilmələri üçün qeydiyyata alınıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti