...

"Mamalıq-ginekologiya sahəsində beynəlxalq təcrübənin və multidissiplinar əməkdaşlığın rolu" mövzusunda dəyirmi masa keçiriləcək

Cəmiyyət Materials 17 Aprel 2023 12:46 (UTC +04:00)
"Mamalıq-ginekologiya sahəsində beynəlxalq təcrübənin və multidissiplinar əməkdaşlığın rolu" mövzusunda dəyirmi masa keçiriləcək

Bakı. Trend:

25 aprel 2023-cü il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı, Evafarm MMC-nin dəstəyi ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş "Mamalıq-ginekologiya sahəsində beynəlxalq təcrübənin və multidissiplinar əməkdaşlığın rolu" mövzusunda Dəyirmi Masa həyata keçiriləcək.

Böyük Britaniyanın Birmingem Qadın və uşaq hospitalının mama-ginekoloqu, PhD, Fidan İsrafil-Bəylinin iştirakı ilə həyata keçiriləcək Dəyirmi Masada mamalığın aktual problemləri, o cümlədən perimenopauzal və menopauzal dövrdə qadınlarda sıx rast gəlinən ginekoloji problemlər barədə təqdimatlar ediləcək və auditoriyanı maraqlandıran suallar cavablandırılacaq.

Dəyirmi Masada əyani iştirak dəvətnamə əsasında, distant iştirak isə qeydiyyat əsasında həyata keçiriləcək.

İştirak ödənişsizdir. Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçmək MÜTLƏQDİR!

Qeydiyyat linki: https://us06web.zoom.us/webinar/register/WN_3k1sPk3ISkO2awbKynynew#/registration

Məqalədə:
Xəbər lenti

Xəbər lenti