...

Hesab.az Ramazan bayramı münasibətilə istifadəçilərini 3QAT Koin kampaniyası ilə sevindirməyi unutmadı

Cəmiyyət Materials 19 Aprel 2023 09:54 (UTC +04:00)
Hesab.az Ramazan bayramı münasibətilə istifadəçilərini 3QAT Koin kampaniyası ilə sevindirməyi unutmadı

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycanın ən böyük onlayn xidmətlər platforması Hesab.az müqəddəs Ramazan bayramı münasibətilə istifadəçilərini 3QAT Koin kampaniyası ilə sevindirməyi unutmadı.

Kampaniyada 18-24 aprel tarixlərində Hesab.az saytı yaxud mobil tətbiqi vasitəsilə qeydiyyatlı hesabdan istənilən məbləğdə ödəniş edən hər kəs anında 3-QAT Hesab Koinlər qazanacaq. Qeyd edək ki, kampaniya kommunal, mobil, kabel TV, internet, telefon ödənişlərinə aiddir və qazanmaq şansı limitsizdir!

Eyni zamanda, istifadəçilər toplanmış Hesab Koinlərini loyallıq proqramı çərçivəsində təqdim edilən “DƏRHAL DƏYİŞ” bölməsində hədiyyə və endirimlərə dəyişə, yaxud AZN-ə dəyişməklə ödənişlər zamanı istifadə edə bilərlər.

Hesab.az komandası xalqımızı müqəddəs Ramazan bayramı münasibəti ilə təbrik edir, ruzi - bərəkət və xoş günlər arzu edir.

Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.

2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti