...

Azərbaycan və İsrail arasında səhiyyə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub (FOTO)

Cəmiyyət Materials 20 Aprel 2023 17:07 (UTC +04:00)
Azərbaycan və İsrail arasında səhiyyə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub (FOTO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Səhiyyə Nazirliyində İsrail Səhiyyə Nazirliyinin Beynəlxalq əlaqələr üzrə Baş şöbə meneceri Aşer Şalmonla görüş keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev səhiyyə və tibb elmi sahəsində Azərbaycan-İsrail əməkdaşlığının nümunəvi olduğunu vurğulayıb: “Ölkələrimizin səhiyyənin nəzdində olan yüksək texnologiya - virusologiya, mikrobiologiya və səhiyyənin digər sahələrində əməkdaşlıqdan və qarşılıqlı fəaliyyətindən məmnunuq”

Sonda Teymur Musayev ölkələrimizin səhiyyə nazirlikləri arasında əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.

Səmimi qarşılanmaya görə minnətdarlığını bildirən İsrail Səhiyyə Nazirliyinin Beynəlxalq əlaqələr üzrə Baş şöbə meneceri ölkələrimiz arasında bir çox sahələrdə sıx əlaqələrin mövcudluğunu vurğulayıb. Aşer Şalmon İsrail Səhiyyə Nazirliyinin Azərbaycan Səhiyyə Nazirliyi ilə əməkdaşlığı daha da yüksək səviyyəyə qaldırmaqda maraqlı olduğunu bildirib.
Görüş zamanı İsrailin əczaçılıq şirkətlərinin Azərbaycanda təmsil olunmasının vacibliyi vurğulanıb. Bundan əlavə, ölkələrimizin səhiyyə nazirlikləri arasında tibbi heyətin təlimlər keçməsi, tibb kadrlarının hazırlanması prosesinin təkmilləşdirilməsi, ikili diplom proqramının hazırlanması, səhiyyə sistemlərinin rəqəmsallaşdırılmasının tətbiqi üzrə əməkdaşlığın qurulması, hər iki ölkənin səhiyyə nazirlərinin səfər perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti