...

Qaradağ rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 100-cü ildönümü ilə əlaqədar qanvermə aksiyası keçirilib (FOTO)

Cəmiyyət Materials 25 Aprel 2023 16:26 (UTC +04:00)
Qaradağ rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 100-cü ildönümü ilə əlaqədar qanvermə aksiyası keçirilib (FOTO)

Bakı. Trend:

Qaradağ rayonunda xalqımızın görkəmli alimi, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100-cü ildönümü ilə əlaqədar qanvermə aksiyası keçirilmişdir.

Bu barədə Qaradağ Rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumatda bildirilib:

28 aprel 2023-cü il tarixində Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 100 ili tamam olur.

Akademik Zərifə Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçmiş, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr vermişdir.

Prezident İlham Əliyevin “Akademik Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd edilməsi haqqında” 3 noyabr 2022-ci il tarixli Sərəncamından sonra ölkəmizin elm və təhsil müəssisələrində, səhiyyə sistemində görkəmli elm xadiminin yubileyi ilə bağlı tədbirlər Qaradağ rayonunda da geniş şəkildə qeyd olunur.

Zərifə Əliyevanın əziz xatirəsinə həsr edilmiş silsilə tibbi aksiyalar keçirilir.

Heydər Əliyev Fondunun başladığı “Talassemiyasız həyat naminə” aksiyasına dəstək olaraq Qaradağ Rayon İcra Hakimiyyəti və Mərkəzi Qan Bankının birgə təşkilatçılığı ilə 25 aprel 2023-cü il tarixində Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında qanvermə aksiyası keçirilmişdir. Aksiyada 100-ə yaxın rayon sakini təmənnasız olaraq qan vermişdir.

Ümid edirik ki, verilən qan talassemiya və hemofiliyadan əziyyət çəkən şəxslərə şəfa verəcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti