...

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Moskvada rusiyalı həmkarı ilə görüşüb

Cəmiyyət Materials 26 Aprel 2023 20:21 (UTC +04:00)

Bakı. Trend:

26 aprel tarixində Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov və "Rusiya Dəmir Yolları" ASC-nin baş direktoru Oleq Belozerov arasında görüş keçirilib.

QSC-dən Trend-ə verilən məlumata görə, görüşdə iki ölkə arasında tranzit yük daşımaları sahələrində əməkdaşlığın inkişaf perspektivləri, xüsusilə ‘’Şimal-Cənub’’ marşrutu üzrə birgə fəaliyyət planı müzakirə olunub.

Görüşdə, həmçinin müvafiq marşrutun rəqabətə davamlılığı və əlavə yük həcmlərinin cəlb olunması barədə geniş fikir mübadiləsi aparılıb.

O cümlədən, iki ölkə arasında tranzit vaxtının optimallaşdırılması, sənəd dövriyyəsinin elektronlaşdırılması və marşrutlar üzrə əməliyyatların sinxronlaşdırılması ilə bağlı təkliflər planı da geniş müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti