Bakı. Trend:
Ölkəmizdə qeyd olunan “Heydər Əliyev İli” çərçivəsində "Azərbaycan Sənaye Korporasiyası" ASC və "Azərpambıq ASK" MMC tərəfindən xeyriyyə aksiyası keçirilib.
Trend xəbər verir ki, aksiya zamanı Bərdə rayonunda yaşayan şəhid ailəsi üzvlərinə və qazilərə, o cümlədən sosial müdafiəyə ehtiyacı olan ailələrə ərzaq bağlamaları paylanıb.
Aksiyada sözügedən rayon üzrə 200 ailəyə baş çəkilərək, onlara gündəlik tələbat üçün lazım olan ərzaq məhsullarından ibarət yardımlar təqdim olunub. Yardım təqdim olunan ailələr dövlətimiz tərəfindən daim diqqət mərkəzində olduqlarını bildiriblər və onlara göstərilən sosial dəstəyə, diqqət, qayğıya görə aksiya iştirakçılarına öz minnətdarlıqlarını bildiriblər.