...

Azərbaycanda kosmik obyektin üçüncü şəxslərə zərərvurma riski açıqlanıb

Cəmiyyət Materials 11 May 2023 11:11 (UTC +04:00)
Azərbaycanda kosmik obyektin üçüncü şəxslərə zərərvurma riski açıqlanıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda kosmik obyektin üçüncü şəxslərə zərərvurma riski açıqlanıb.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Kosmik fəaliyyət haqqında” haqqında yeni qanun layihəsində əksini tapıb.

Qanun layihəsində qeyd olunub ki, kosmik obyektin üçüncü şəxslərə zərərvurma riskinin sığorta və ya digər maliyyə təminatının məbləği müqavilə əsasında irəli sürülən tələblərin ödənilməsi üçün istifadə edilir.

Kosmik obyektin üçüncü şəxslərə zərərvurma riski üzrə sığorta şəhadətnaməsinin şərtləri kosmik fəaliyyət haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müəyyən edilir.

Kosmik operatorlar və kosmik obyektlərin mülkiyyətçiləri kosmik obyektin üçüncü şəxslərə zərərvurma riski üzrə sığorta şəhadətnaməsinin şərtlərinə əməl etməlidirlər.

Tərəflər arasında ayrı razılaşma nəzərdə tutulmayıbsa, kosmik obyektin üçüncü şəxslərə zərərvurma riski (üçüncü şəxslər qarşısında məsuliyyətin sığortası) kosmik obyektin mülkiyyətçisinin vəsaiti hesabına sığortalanır və ya sığorta əvəzinə maliyyə təminatı əldə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti