...

Azərbaycanda mobil rabitə operatorlarının gəlirləri açıqlanıb

Cəmiyyət Materials 19 May 2023 20:34 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda mobil rabitə operatorlarının gəlirləri açıqlanıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, 2023- cü ilin yanvar-aprel aylarında İnformasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən göstərilmiş xidmətlərin dəyəri 920,8 milyon manat təşkil edib.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyərində real ifadədə 12,1 faiz artım qeydə alınıb.

Göstərilmiş xidmətlərin 77,0 faizi əhali tərəfindən istehlak olunub. Xidmətlərdən əldə edilən gəlirin 38,5 faizi və ya 354,2 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti