...

Bakıdakı Gimnastika Arenasının xarici görünüşü mükəmməldir - gümüş medal mükafatçısı

Cəmiyyət Materials 20 May 2023 23:24 (UTC +04:00)
Bakıdakı Gimnastika Arenasının xarici görünüşü mükəmməldir - gümüş medal mükafatçısı
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

39-cu Avropa çempionatı üçün Bakıdakı Gimnastika Arenasının görünüşü mükəmməldir.

Trend-in məlumatına görə, bunu Trend-ə fərdi çoxnövçülük proqramında gümüş medalın sahibi, italiyalı gimnast Sofiya Raffaeli deyib.

"Yarışlar möhtəşəm zalda keçirilir, mən xoşbəxtəm ki, Bakıda Avropa çempionatında çıxış etmək və bütün bu gözəlliyi görmək imkanım olub", - deyə o qeyd edib.

S.Raffaeli sabah halqa, top və gürzlə hərəkətlərin finalında mübarizə aparacaq. İtaliyalı gimnastın sözlərinə görə, o, yaxşı nəticələr göstərməyə çalışacaq.

"Sabah proqramı maksimum başa çatdırmaq üçün əlimdən gələni edəcəyəm. Lentlə hərəkələr üzrə təsnifat mərhələsində səhvlər etdim, məyus oldum. Məşqçinin dəstəyi mənə kömək etdi və bu gün çoxnövçülükdə finalda ən yaxşı nəticəni nümayiş etdirməyə çalışdım. Qazandığım medala sevindim", - deyə o bildirib.

Qeyd edək ki, 17-21 may tarixləri arasında Bakıda yerləşən Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 39-cu Avropa çempionatı keçirilir. Bakıda "Shine like a star" (Ulduz kimi parla) şüarı altında keçirilən Avropa çempionatında 38 ölkədən gimnastlar iştirak edirlər.

Xəbər lenti

Xəbər lenti