...

MDU-da turizm mövzusunda seminar keçirilib (FOTO)

Cəmiyyət Materials 22 May 2023 06:13 (UTC +04:00)
MDU-da turizm mövzusunda seminar keçirilib (FOTO)

Bakı. Trend:

Mingəçevir Dövlət Universitetində (MDU) Karyera və İnkişaf Mərkəzinin (KİM) təşkilatçılığı ilə "Azərbaycanda turizmin davamlı inkişafının təmin olunması və onun fəaliyyət istiqamətləri" mövzusunda seminar keçirilib. Seminarda universitetin bir qrup professor-müəllim heyəti üzvü, turizm ixtisasları üzrə təhsil alan tələbə və magistrantları iştirak ediblər.

MDU-dan Trend-ə bildirilib ki, "Beşbarmaq dağı" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun əməkdaşı, sənətşünüs Anar İbrahimov seminarda təqdimatla çıxış edərək Azərbaycanda davamlı turizmin inkişafından, yeni turizm istiqamətlərindən və işğaldan azad edilmiş ərazilərin turizm potensialından bəhs edib və iştirakçıların suallarını cavablandırıb.

Təqdimat iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti