...

Çörək və unlu qənnadı məmulatlarının istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb

Cəmiyyət Materials 25 May 2023 17:25 (UTC +04:00)
Çörək və unlu qənnadı məmulatlarının istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının müdafiəsi, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində nəzarət tədbirlərini davam etdirir.

AQTA-dan Trend-ə bildirilib ki, tədbirlər çərçivəsində Agentlik əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, “Vaz” dairəsində fəaliyyət göstərən “Rov Foods” MMC-yə məxsus çörək və unlu qənnadı məmulatlarının istehsalı müəssisəsində planlı yoxlama aparılıb.

Baxış zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, müəssisədə gigiyena tələblərinə əməl edilmədiyi, anbarda xammalların saxlanması zamanı temperatur rejiminin pozulduğu, aromatizatorların son istifadə müddətinin bitdiyi, istifadə edilən qida məhsullarında Azərbaycan dilində markalanmanın olmadığı, hazır məhsulların istifadə müddətinin əsassız olaraq artırıldığı, həmçinin müəssisədə təmir işləri getsə də, istehsal fəaliyyətinin aparıldığı aşkarlanıb. Aşkar olunmuş nöqsanlarla bağlı müəssisə rəhbəri barəsində inzibati qərar qəbul edilib və icrası məcburi göstərişlər verilib. Bundan başqa, müəssisədə gigiyena tələblərinə əməl edilmədiyi üçün istehsal fəaliyyəti dayandırılıb və istifadə müddəti bitmiş xammalların satışı qadağan edilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı alınacaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti