...

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "İnşaat sənayesi şirkətləri arasında şahmat turniri" keçirilib (FOTO)

Cəmiyyət Materials 30 May 2023 17:42 (UTC +04:00)
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "İnşaat sənayesi şirkətləri arasında şahmat turniri" keçirilib (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

28 may 2023-cü il tarixində Bakı şəhərində təşkil olunan turnir, "Unico" QSC-nin təşkilatçılığı, “ADEC” MMC və “PMD Group” MMC-nin sponsorluğu və iştirakı, “Norm” ASC-nin, “Unimetal” MMC-nin, “Archico” MMC-nin iştirakı ilə baş tutub.

Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan turnirdə çıxış edən, “Unico” QSC-nin marketinq üzrə tərəfdaşı olan “Ontreeps Supreme Agency” MMC-nin direktoru Orxan Cəfərov açılış üçün sözü "Unico" QSC-nin İnsan resursları və inzibati işlər üzrə direktoru Kamil Hüseynova verib. O, iştirakçıları salamlayaraq turnirə qatıldıqları üçün təşəkkür edib, "Unico" QSC-nin Korporativ Sosial Məsuliyyət layihələrinə hər zaman önəm verdiyini və hər il KSM çərçivəsində bənzər tədbirlər həyata keçirdiyini xatırladaraq, bundan sonra da davam edəcəyini vurğulayıb və iştirakçılara uğurlar arzulayıb. Sonra çıxış üçün söz "ASSA Abloy" şirkətinin Qafqaz və Mərkəzi Asiya regionlarında Biznesin İnkişafı üzrə meneceri Ramil Quliyevə verilib, o da öz növbəsində iştirakçılara uğurlar arzulayıb. Daha sonra hakim Raul Quliyev tərəfindən oyunçulara şərtlər və qaydalar haqqında məlumat verilib.

Turnir ilk rəmzi gedişlərin edilməsi ilə start götürüb. 6 şirkətdən olan 11 əməkdaşın mübarizə apardığı 5 turdan ibarət turnirin yekununda 2 nominasiya üzrə qaliblər müəyyən olunub.

Fərdi nominasiya üzrə:

I Yer – Əlizadə Nemət – “Norm” ASC

II Yer – Hümbətov Rafiq – “ADEC” MMC

III Yer – Həbibli Əziz – “Archico” MMC

Komanda üzrə:

I Yer – “ADEC” MMC

II Yer – “PMD Group” MMC

III Yer – “Norm” ASC

Qaliblər sertifikat, kubok və digər mükafatlarla təltif olunub. Qaliblərə mükafatları, Şahmat üzrə dünya çempionlarımız, qrossmeyster Gövhər Beydullayeva və qrossmeyster Abdulla Qədimbəyli təqdim edib.

Xəbər lenti

Xəbər lenti