...

Bakının bu ərazisində evlər sökülür - Sakinlərə nə təklif olunur? (FOTO)

Cəmiyyət Materials 31 May 2023 17:01 (UTC +04:00)
Bakının bu ərazisində evlər sökülür - Sakinlərə nə təklif olunur? (FOTO)

Bakı. Trend:

Bakının Yasamal rayonu ərazisində uçma təhlükəsi ilə üz-üzə olan ikimərtəbəli binaları yaxın vaxtlarda söküləcək.

Tikintini aparacaq RR Construction şirkətindən bildirildi ki, uçma təhlükəsi ilə üz-üzə olan ikimərtəbəli binaların yerində modern, göz oxşayan çoxmərtəbəli binalar tikiləcək.

Evlər Sübhi Salayev, Zivərbəy Əhmədbəyov, Cəlil Məmmədquluzadə, Fuad İbrahimbəyov, Əlibaba Abdullayev küçələrin kəsişməsində yerləşir. Evlər iki- üç əsr əvvəl tikilib.

Artıq bir həftədir ki, həmin ünvanlarda yaşayanların ərazidən kirayə mənzillərə köçürülməsinə başlanılıb.

Evlərini tərk edən vətəndaşlara çoxmərtəbəli binalarda öz evlərinin sahəsindən 20% əlavə sahəsi olan mənzillər təklif olunur. Yeni binaların tikiləcəyi müddət ərzində isə vətəndaşlara kirayə pulu veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti