...

Dəstəfurçay-Qaraqollar çayından və Şəmkirçayın aşağı hissəsindən sel keçib - Faktiki hava

Cəmiyyət Materials 31 May 2023 20:59 (UTC +04:00)
Dəstəfurçay-Qaraqollar çayından və Şəmkirçayın aşağı hissəsindən sel keçib - Faktiki hava

Bakı. Trend:

Mayın 31-i saat 20:00-a olan məlumatına əsasən Naxçıvan, Şərur, Şahbuz, Ordubad, Culfa, Göygöl, Daşkəsən, Ağstafa, Neftçala, Gəncə, Gədəbəy, Qazax, Ceyrançöl, Oğuz, Cəfərxan, Şəki, Zaqatala, Balakən, Yevlax, Mingəçevir, Salyan, Tovuz, Şəmkir, Cəfərxan, Zərdab, Tərtər, Goranboy, Astara, Biləsuvar, Lerik, Göyçay, Yardımlı, Naftalan, Lənkəran, Şahdağ, Qrız, Quba, Xınalıq, Altıağac, Xaltan, Şamaxı, İsmayıllı, Qusarda şimşək çaxıb, arabir leysan xarakterli intensiv yağış yağıb.

Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yağan leysan xarakterli yağışlarla əlaqədar Dəstəfurçay-Qaraqollar çayından və Şəmkirçayın aşağı hissəsindən sel keçib.

Saat 13:50 radələrində Qazax rayonunun Quşçu Ayrım kəndinə, saat 14:00 radələrində Fərəhli kəndlərinə diametri 10-12 mm , Şəmkir rayonunun Yuxarı Seyfəli və Cinarlı kəndlərinə diametri 10-12 mm, Balakən rayonunda xırda dənəli dolu düşüb.

Qərb küləyi arabir Ağdam, Göyçayda 28 m/s, İsmayıllıda 24 m/s, Zaqatala, Naxçıvan, Cəfərxanda, Tovuz, Zərdabda 20 m/s, Daşkəsən, Şəmkir, Salyan, Tərtər, Mingəçevir, Gədəbəydə 18 m/s, Sabirabadda 17 m/s, Beyləqanda 16 m/s-dək güclənib.

Xəbər lenti

Xəbər lenti