...

Şuşa ərazisində bir neçə yerdə kütləvi məzarlığın olduğu barədə məlumatlar var - Eldar Səmədov

Cəmiyyət Materials 3 İyun 2023 13:42 (UTC +04:00)
Şuşa ərazisində bir neçə yerdə kütləvi məzarlığın olduğu barədə məlumatlar var - Eldar Səmədov
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Şuşa. Trend:

Dövlət Komissiyasının arxivində toplanan məlumatlara əsasən, Şuşa ərazisində bir neçə yerdə kütləvi məzarlığın olduğu barədə məlumatlar var. Hazırda biz bununla bağlı araşdırmalarla məşğuluq.

Trend-in Qarabağ bürosu xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.

O bildirib ki, Şuşa şəhəri işğal olunarkən əsir və girov götürülmüş Azərbaycan vətəndaşları burada qeyri-insani şəraitdə saxlanılıb.

"Onlara qarşı çoxsaylı beynəlxalq cinayət hadisələri, humanitar normaların pozulması faktları məlumdur.Burada bizim apardığımız təhlillərə görə, işğal dövründə 360 azərbaycanlı əsir və girov saxlanılıb. Bunlardan 216 nəfəri Dövlət Komissiyası tərəfindən aparılmış danışıqlar nəticəsində azad etmişik. Amma digərlərinin taleyi bu günə qədər məlum deyil. Güman edirik ki, aşkar olunan yeni meyit qalıqları axtardığımız şəxslərə aiddir. Bu kütləvi məzarlıqda mütəxəssislərin ilkin rəyinə görə, 4 nəfərə aid meyit qalığı müəyyən edilib. Biz burada axtarış və araşdırma işini davam etdirəcəyik. Dövlət Komissiyasının sədri Əli Nağıyevin tapşırığı ilə buraya ayrıca mütəxəssis qrupu gödəriləcək və qazıntı işləri favam etdiriləcək", - deyə E.Səmədov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti