...

Şuşada tapılan insan qalıqları kimlərə aiddir? - İlk versiya AÇIQLANDI

Cəmiyyət Materials 3 İyun 2023 13:53 (UTC +04:00)
Şuşada tapılan insan qalıqları kimlərə aiddir? - İlk versiya AÇIQLANDI
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Şuşa. Trend:

Şuşa həbsxanasında təsərrüfat işləri aparılarkən burada insan qalıqları tapılıb. Bu qalıqların Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərə aid olduğunu ehtimal edirik.

Trend xəbər verir ki, bunu Elmlər Akademiyasının Arxeologiya, Antropologiya və Etnoqrafiya institutunun elmi katibi ve ekspedisiya rəisi Akif Quliyev deyib.

O bildirib ki, hazırda 3-4 insan skeleti fraqmenti görünür.

"Yaxın zamanda burada tədqiqat aparılacaq. Bundan sonra burada nə qədər insan qalığı olduğunu dəqiq deyə bilərik" - deyə, Akif Quliyev əlavə edib.

Qeyd edək ki, Şuşada kütləvi məzarlıq aşkar olunub. Məzarlıq Şuşa türməsi ərazisində aşkarlanıb. Şuşa türməsi həndəvərində aşkar olunan kütləvi məzarlıq insanlıq əleyhinə törədilən ən dəhşətli cinayətlərdən biridir.

Bu onu göstərir ki, Şuşa türməsində hələ o vaxtlar azərbaycanlılar qanunsuz saxlanılıb və onlara ağır işkəncələr verilib, orada amansız zorakılıqlar törədilib, ölüm hadisələrində faktlar aşkarlanıb. Aşkarlanan bu məzarlıq da həmin hadisələrin bariz nümunəsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti