...

Dövlət Uşaq Filarmoniyasında “Sizi gözləyirik” adlı konsert proqramı baş tutub (FOTO)

Cəmiyyət Materials 5 İyun 2023 15:51 (UTC +04:00)
Dövlət Uşaq Filarmoniyasında “Sizi gözləyirik” adlı konsert proqramı baş tutub (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Hər il olduğu kimi, bu il də ənənəsinə sadiq qalan Dövlət Uşaq Filarmoniyası Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətiylə Gənc Tamaşaçılar Teatrının səhnəsində “Sizi gözləyirik” adlı konsert proqramı ilə çıxış edib.

Konsertdə Uşaq Filarmoniyasının müxtəlif dərnəklərindən 100-də çox uşaq çıxış edib. Onların hər birinin zəngin daxili aləmi, sevincləri, gözlərində duyulan sevgi bir-biri ilə harmoniya halında birləşərək səhnədə günəş kimi parlaq işıq saçırdı. Onların xoşbəxtliyinin səbəbi olmaq Dövlət Uşaq Filarmoniyası üçün ikiqat bayram sevinci olub.

Bir-birindən maraqlı, rəngarəng səhnə geyimləri, gözəl musiqi nömrələriylə seçilən balaca istedadlar hər bir çıxışlarını səhnədən tamaşaçıların aramsız alqış sədaları müşayiəti altında tərk edib.

Tədris ilinin yekunu, bir ilin hesabatı olan bu konsertdə balacalar həm də öyrəndiklərini, yeni bilik və bacarıqlarını bu səhnədə tamaşaçılarla paylaşıb. Dövlət Uşaq Filarmoniyasının da əsas vəzifəsi uşaqları savadlı, bacarıqlı yetişdirməkdir.

Konsertin sonunda bütün iştirakçılar Aygün Səmədzadənin “Azərbaycan anaların anası” mahnısının sədaları altında səhnəyə çıxaraq Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətiylə zalda əyləşən dostlarını təbrik edib.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Xəbər lenti

Xəbər lenti