Bakı. Trend:
Bu ildən etibarən AMEA-nın elmi təşkilatlarına magistratura qəbulu aparılmayacaq.
Trend-in məlumatına görə, bunu Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri vəzifəsini icra edən Yaqub Piriyev media nümayəndələri ilə görüşdə deyib.
O bildirib ki, həmin təşkilatlarda yalnız tədqiqatlar aparılacaq.