...

Qazilərə verilən avtomobillərdə cərimələrin silinməsi təklif edilir

Cəmiyyət Materials 13 İyun 2023 11:23 (UTC +04:00)
Qazilərə verilən avtomobillərdə cərimələrin silinməsi təklif edilir
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

I və II Qarabağ müharibəsi qazilərinə verilən avtomobillərdə olan cərimələrin silinməsi təklif edilir.

Trend-in məlumatına görə, bunu deputat Vüqar İskəndərov Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında deyib.

O qeyd edib ki, dövlət tərəfindən qazilərə verilən avtomobillər texniki baxışdan keçirilmirdi. “Qazilər bunu fürsət kimi dəyərləndirərək gələn cərimələri ödəməyiblər. İllər ərzində həmin cərimələr çoxalıb. Hətta bir qazinin cəriməsi həmin vaxtdan bu yana 67 min manata çatıb. Bu da onların şəxsi məsuliyyətsizliyi səbəbindən olub. Çünki onların mütləq əksəriyyəti gələn smslərə ya fikir verməyiblər, ya da anlamayıb.

Təbii ki, bütün bunlar heç kim məsuliyyətdən yayındırmır. İnzibati Xətalar Məcəlləsində cərimələrin 5 il müddət keçdikdən sonra qüvvədən düşməsi ilə bağlı qanun mövcuddur və işləkdir. Onlar sadəcə prosesin sürətlənməsini xahiş edirlər. Çünki cərimələr çox olduğu üçün bəziləri avtomobillərin nömrəsini çıxarıb idarə edirlər. bu da qayda pozuntusudur. Qazi və veteranların bir hissəsi sürdükləri avtomobillərin cəriməsini ödəmədiyindən bu tip problemlər artmaqdadır. Xahiş edirlər ki, bu günə qədər olan cərimələrə amnistiya edilsin, bundan sonra hər hansı qayda pozuntusu baş verərsə hər biri ödəniləcək”,- deyə V.İskəndərov əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti