...

Növbəti köç karvanı Laçına çatıb (FOTO)

Cəmiyyət Materials 14 İyun 2023 19:39 (UTC +04:00)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Laçın. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq bərpa edilən və yenidən qurulan Laçın şəhərinə məcburi köçkünlərin qayıdışı davam edir.

Trend xəbər verir ki, iyunun 14-də növbəti köç karvanı Laçına çatıb.

72 nəfər olmaqla daha 22 ailə doğma yurda qovuşmağın sevincini yaşayıb.

Laçın şəhərinə öz doğma evlərinə dönən sakinlər əlamətdar gündə sevinc göz yaşlarını saxlaya bilməyib.

Şəhərə gələn sakinlər qarşılanıb və doğma yurdlarına qayıtmaq münasibəti ilə onlara göz aydınlığı verilib.

Sakinlərə bildirilib ki, Laçın şəhərində onların yaşaması üçün bütün zəruri şərait yaradılıb evlər tarixi memarlıq üslubu qorunmaqla müasir standartlara uyğun olaraq bərpa edilib.

Qeyd edək ki, Laçına qayıdan ailələr, əsasən, Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda müvəqqəti məskunlaşma yerlərində ən ağır şəraitdə yaşayan məcburi köçkünlər arasından seçilib. Onlar Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşıblar.

Xəbər lenti

Xəbər lenti