...

Lənkəranda traktor pikapla toqquşdu: yaralılar var

Cəmiyyət Materials 17 İyun 2023 11:40 (UTC +04:00)
Lənkəranda traktor pikapla toqquşdu: yaralılar var

Bakı. Trend:

Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Trend xəbər verir ki, qəza bu gün səhər saatlarında Ələt-Astara magistralının Lənkəran rayonun Qurumba kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Rayonun Cil kənd sakini 2002-ci il təvəllüdlü Sübhan Salam oğlu Həbibzadənin idarə etdiyi traktor Astara rayonunun Şümrüd kənd sakini, 1990-cı il təvəllüdlü Nahid Şadoğlan oğlu​ Məmmədovun​ idarə etdiyi ​“Mitsubishi” pikap markalı avtomobilə çırpılıb.

Zərbənin təsirindən traktor aşıb. Traktorun sürücüsü, eləcə də pikapda olan sərnişinlər,​ Astara rayonunun Pəlikeş ​kənd sakinləri, sürücünün qardaşı​ 1986-​cı il təvəllüdlü Mövlud​ Şadoglan oğlu Məmmədov və həmkəndlisi 1978-​ci il təvəllüdlü Araz Qulamhüseyn oğlu Əzimov​ müxtəlif dərəcəli ​bədən xəsarətləri alıblar.

Yaralılar Lənkəran rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti