...

Bakının bu rayonlarına su fasilə ilə veriləcək

Cəmiyyət Materials 20 İyun 2023 14:49 (UTC +04:00)
Bakının bu rayonlarına su fasilə ilə veriləcək

Bakı. Trend:

Son günlər müşahidə olunan intensiv yağıntılar səbəbindən Kür çayında bulanıqlıq yüksək olduğundan Kür Sutəmizləyici Qurğular Kompleksində suyun emalı xeyli azalıb.

Azərbaycan Dövlət Su Ehtiyatları AgentliyindənTrend-ə verilən məlumata görə, bununla əlaqədar Şirvan, Hacıqabul, Saatlı, Sabirabad, Salyan, Neftçala, Biləsuvar şəhərlərinə, magistral su kəmərlərinin marşrutu boyu yerləşən kəndlərə, həmçinin Bakının Qaradağ rayonuna və Səbail rayonunun bir hissəsinə içməli su müəyyən məhdudiyyətlərlə veriləcək.

Abonentlərə içməli suyu qənaətlə istifadə etməyi tövsiyə edirik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti