...

Xalq Bankdan illik 10%-lə avtokredit

Cəmiyyət Materials 3 İyul 2023 15:51 (UTC +04:00)
Xalq Bankdan illik 10%-lə avtokredit

Bakı. Trend:

Xalq Bank yeni avtomobil əldə etmək istəyənlərə sərfəli şərtlərlə kredit təklif edir.

Trend xəbər verir ki, 31 dekabradək davam edəcək kampaniya ərzində “Autolux Azerbaijan” şirkətinin təqdim etdiyi bütün avtomobil modellərini illik 10%-lə, 5 il müddətinədək kreditlə əldə etmək mümkündür.

Həmçinin, kampaniya şərtlərinə əsasən Xalq Bankın digər tərəfdaş avtodilerlərindən elektrik və hibrid mühərrikli avtomobilləri illik 10%-lə, digər mühərrikli avtomobilləri illik 12%-lə avtokreditlə əldə edə bilərsiniz.

Kampaniya müddəti ərzində Xalq Bankdan avtokredit alan bütün müştərilərə 3 illik XalqKart Petrol kartı hədiyyə edilir. XalqKart PETROL - nağdsız əməliyyatlara görə 3% Oil bonusları qazandıran ödəniş kartıdır. Kampaniya barədə ətraflı məlumat və tərəfdaş avtodilerlərin siyahısı ilə tanış olmaq üçün keçid edə bilərsiniz: https://www.xalqbank.az/az/ferdi/kreditler/avtomobil

Bankın digər məhsulları haqqında ətraflı məlumatı bankın rəsmi Facebook və Instagram səhifələrindən, eləcə də www.xalqbank.az saytından və 138 Məlumat mərkəzindən əldə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti