...

Özünüməşğulluq proqramı üzrə 700-ə yaxın şəxs üçün kiçik təsərrüfatlar yaradılıb

Cəmiyyət Materials 10 İyul 2023 20:12 (UTC +04:00)
Özünüməşğulluq proqramı üzrə 700-ə yaxın şəxs üçün kiçik təsərrüfatlar yaradılıb

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramı iştirakçılarına aktivlərin paylanması prosesi ötən həftə də davam edib.

Son bir həftə ərzində paytaxt və regionlarda 700-ə yaxın işsiz və işaxtaran şəxsə bu proqram çərçivəsində mal və materiallar formasında aktivlər təqdim olunub. Onların bir hissəsini şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları təşkil edir.

Verilmiş aktivlər hesabına proqram iştirakçıları üçün kənd təsərrüfatı, istehsal və xidmət istiqamətləri üzrə kiçik təsərrüfatlar yaradılıb.

Özünüməşğulluq proqramına cəlb olunan şəxslər üçün əvvəlcə təlimlər təşkil olunur, onlara kiçik biznesin təşkili və idarə olunmasına dair bilik və bacarıqlar öyrədilir. Təlimlərdən sonra özünüməşğulluq istiqaməti üzrə biznes planlarına uyğun aktivlərlə təmin olunurlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti