...

İyul üzrə bütün müavinət və təqaüdlər bu tarixdə ödəniləcək

Cəmiyyət Materials 18 İyul 2023 13:03 (UTC +04:00)
İyul üzrə bütün müavinət və təqaüdlər bu tarixdə ödəniləcək
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən iyulun 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub.

Bu barədə Trend-ə DSMF-dən xəbər verilib.

Xatırladaq ki, 2023-cü ildə yeni sosial islahat paketi üzrə 1,9 milyon vətəndaşı əhatə edən sosial ödənişlərdə növbəti artımlar üçün illik əlavə 750 milyon manat vəsait nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti