...

Son 6 ayda ƏƏSMN və qurumlarında 949 min vətəndaş qəbul edilib

Cəmiyyət Materials 19 İyul 2023 10:51 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və qurumları tərəfindən bu ilin 6 ayında 949 min vətəndaşın qəbulu həyata keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, onlardan 61 mini Nazirliyin Aparatının və qurumlarının, yerli bölmələrin rəhbər şəxsləri tərəfindən, 888 mini Nazirliyin Aparatının və qurumlarının, yerli bölmələrin Qəbul otaqlarında, habelə DOST mərkəzlərində qəbul edilib.

Qeyd olunub ki, yanvar-iyun aylarında 1 milyon 145 min 300 (o cümlədən, yazılı və e-qaydada edilmiş 222 min, sosial şəbəkələr üzərindən 57,3 min, Çağrı Mərkəzi vasitəsilə 866 min) vətəndaş müraciəti cavablandırılıb.

Vurğulanıb ki, hər bir müraciətin qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırılaraq cavablandırılması təmin olunub, müraciətlərdə əksini tapan məsələlərlə əlaqədar aidiyyəti tədbirlər görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti