...

"Ağ Şəhər"də radiasiya təhlükəsi yoxdur - Agentlik

Cəmiyyət Materials 26 İyul 2023 10:55 (UTC +04:00)
"Ağ Şəhər"də radiasiya təhlükəsi yoxdur - Agentlik
Zaur Mustafayev
Zaur Mustafayev
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda "Ağ Şəhər"də radiasiya ilə bağlı heç bir təhlükə yoxdur.

Trend-in məlumatına görə, bunu Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəisi Nicat Əliyev qurumun bu ilin 6 ayı ərzində gördüyü işlərə dair keçirilən brifinqdə deyib.

N.Əliyev bildirib ki, bununla bağlı monitorinqlər aparılıb, vaxtilə orada radiasanın miqdarı ilə əlaqədar təhlükə mövcud olsa da, hazırda heç bir təhlükə əlaməti yoxdur.

Qeyd edək ki, Bakı Ağ Şəhər layihəsi Azərbaycanda həyata keçirilən ən böyük miqyaslı şəhərsalma layihələrindən biridir.

Layihə, 1650 hektar sahədə yerləşən şəhər mərkəzinin şərq hissəsinin (Qara Şəhərin) bərpa və inkişafı, həmçinin, Bakının yeni müasir mərkəzinə çevrilməsini nəzərdə tutur ki, bu da investisiyaların cəlb edilməsi üçün əlavə imkanlar yaradır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti