...

Müddətsiz əlillik təyin olunacaq yeni ürək xəstəlikləri müəyyənləşdirildi

Cəmiyyət Materials 26 İyul 2023 17:40 (UTC +04:00)
Müddətsiz əlillik təyin olunacaq yeni ürək xəstəlikləri müəyyənləşdirildi
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər orqanizmin funksiyalarının 80 faizinin pozulması kimi qiymətləndiriləcək və müddətsiz əlillik təyin ediləcək.

Trend-in xəbərinə görə, bu, Nazirlər Kabinetinin qərarı ilə “Əlilliyin müəyyən olunması meyarları”na əlavə edilən yeni yarımbəndlərdə əksini tapıb.

Əlilliyin müəyyən olunması meyarlarına ürəklə əlaqədar yeni əlavə edilən xəstəliklər aşağıdakılardır:

- ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda -orqanizm funksiyasının 50 % pozulması kimi qiymətləndirilərək müddətsiz əllik təyin ediləcək;

-miokardda yad cismin olması -orqanizmin funksiyalarının 80 faizinin pozulması kimi qiymətləndiriləcək və müddətsiz əlillik təyin ediləcək;

-18 yaşınadək şəxslərdə XÜÇ I mərhələ və ya cüzi hipoksemiya ilə fəsadlaşmış anadangəlmə qüsurlar- orqanizm funksiyasının 50 % pozulması kimi qiymətləndirilərək 2 illik əlillik təyin ediləcək;

-18 yaşınadək şəxslərdə XÜÇ II mərhələ və ya nəzərəçarpan hipoksemiya ilə fəsadlaşmış anadangəlmə qüsurlar- orqanizm funksiyasının 70 % pozulması kimi qiymətləndirilərək 2 illik əlillik təyin ediləcək;

-18 yaşınadək şəxslərdə XÜÇ III mərhələ və ya əhəmiyyətli dərəcədə nəzərəçarpan hipoksemiya ilə fəsadlaşmış anadangəlmə qüsurlar-orqanizm funksiyasının 90% pozulması kimi qiymətləndirilərək 2 illik əlillik təyin ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti