...

2026-cı ilə qədər Qarabağda 8 peşə məktəbinin tikintisi planlaşdırılır

Cəmiyyət Materials 28 İyul 2023 10:59 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı.Trend:

2026-cı ilə qədər Qarabağda 8 peşə təhsili müəssisəsinin tikilməsi planlaşdırılır.

Trend xəbər verir ki, bu barədə bu gün Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor vəzifəsini icra edən Ceyhun Kərəmov media üçün keçirilən brifinq zamanı deyib.

“Füzulidə peşə məktəbinin tikintisinə hazırlıq görülür”,- deyə o bildirib.

Qeyd edək ki, hazırda Azərbaycanda 98 peşə təhsil müəssisəsi var. Peşə təhsil mərkəzlərinin sayı isə 14-dür. Ölkəmizdə 120 ixtisas üzrə 23 min 600 tələbə peşə təhsili alır. Son üç ildə peşə qəbulu üzrə göstəricilər 30 faiz artaraq, keçən il tələbələrin sayı 19 mini ötüb. Bundan başqa, 2022-2023-cü tədris ilində 5 regionda fəaliyyət göstərən 8 peşə təhsil müəssisəsində yüksək texniki peşə təhsil səviyyəsi üzrə də tələbə qəbulu aparılıb. Hazırda respublikada 1466 tələbə yüksək texniki peşə təhsili alır. Bu təhsil səviyyəsi üzrə tələbələrin sayının 2026-cı ilə qədər 9200-ə çatdırılması planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti