...

Samuxda yük maşını və istixana yandı

Cəmiyyət Materials 28 İyul 2023 20:37 (UTC +04:00)
Samuxda yük maşını və istixana yandı

Bakı.Trend:

Samux rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Çobanabdallı kəndində “Mercedes” markalı yük avtomobilinin yanar hissələri və banında kapron çəlləklərə yığılan 1,5 ton işlənmiş yağ yanıb.

Yüksək temperaturdan yaxınlıqda ümumi sahəsi 3000 m² olan istixananın polietilen üzlüyü 100 m² sahədə əriyib. İstixananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti