...

Zərdabda ağacları kəsən şəxslər saxlanılıb

Cəmiyyət Materials 5 Avqust 2023 09:59 (UTC +04:00)
Zərdabda ağacları kəsən şəxslər saxlanılıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Zərdabda ağacları kəsərək təbiətə ziyan vuran şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Siləyli və Yuxarı Seyidlər kəndləri arasında yerləşən torpaq sahəsində qanunsuz olaraq ağac kəsməkdə şübhəli bilinən Bıçaqçı kənd sakinləri Şəmistan Rəsulov və Ramiz Mirzəyev saxlanılıblar.

Aparılan tədbirlərlə məlum olub ki, həmin şəxslər qeyd edilən ərazidə 6 ədəd yaş gövdəli qovaq ağacını kəsərək, təbiətə 10000 manatdan çox ziyan vurublar.

Faktla bağlı Zərdab Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti