...

Sumqayıtda zəhərlənənlərdən 9-u evə buraxıldı (YENİLƏNİB)

Cəmiyyət Materials 16 Avqust 2023 15:37 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına zəhərlənmə halı ilə bağlı yerləşdirilən 12 nəfərdən 9-u abulator müalicə üçün evə buraxılıb.

TƏBİB-dən Trend-ə bildirilib ki, 3 nəfərin terapiya şöbəsində müalicəsi davam etdirilir:

"Onların vəziyyətləri qənatbəxşdir, həyati təhlükələri yoxdur".

xxx

12:55

TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına bu gün saat 10:10-da 12 nəfər zəhərlənmə halı ilə bağlı müraciət edib.

Bu barədə Trend-ə TƏBİB-dən bildirilib.

Məlumatda qeyd olunub ki, zəhərlənənlərdən 6 nəfəri qadın, 6 nəfəri kişidir. Zəhərlənənlərdən 2 nəfəri reanimasiyada, 3 nəfəri terapiya şöbəsində, 7 nəfəri isə müşahidə palatasında müalicələrini davam etdirilər. Vəziyyətləri qənatbəxşdir, həyati təhlükələri yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti