Bakı. Trend:
Lerikdə qanunsuz kömür quyusu aşkarlanıb.
Bu barədə Trend-ə DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Belə ki, Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində ekoloji mühitin qorunması məqsədilə keçirilən növbəti nəzarət tədbirlər zamanı qanunsuz olaraq ağac kömürü istehsal edilən kömür quyusu aşkar edilib.
Qanunsuz kömür istehsal edən şəxsin rayonun Daster kənd sakini İ.Abdullayev olması müəyyən edilib.
Faktla bağlı protokol tərtib olunaraq aidiyyəti üzrə göndərilib, qanunamüvafiq qaydada tədbirlər görülüb.