...

Qaydaları pozan sürücülərə XƏBƏRDARLIQ

Cəmiyyət Materials 21 Avqust 2023 12:23 (UTC +04:00)
Qaydaları pozan sürücülərə XƏBƏRDARLIQ
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Dayanma və durma qaydalarını pozan bəzi sürücülər cərimə olunmaqdan yayınmaq üçün müxtəlif üsullardan istifadə etməyi davam etdirirlər.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatda deyilir.

Bildirilib ki, müşahidə kameralarının qeydə aldığı videogörüntülərdən də aydın olur ki, bəzi sürücülər dayanma və durma qaydalarını pozmalarına baxmayaraq, avtomobilin dövlət qeydiyyat nişanının görünüşünü məhdudlaşdırmağa çalışırlar.

"Ancaq həmin sürücülərə xatırlatmaq istəyirik ki, qayda pozuntusu müşahidə kameraları vasitəsi ilə qeydə alınır və sürücünün inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə həmin əraziyə yol polisi əməkdaşları dəvət edilir.

İnzibati Xətalar Məcəlləsinin 346.1-ci və 346.2-ci maddələrinə əsasən dayanma və durma qaydalarının pozulmasına görə iyirmi və qırx manat məbləğində cərimə nəzərdə tutulubsa, Məcəllənin 342.9-cu maddəsinə əsasən nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan istifadə edilməsinə görə beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə tətbiq edilir", - məlumatda bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti