...

Abşeronda kişi 25 yaşlı arvadını qətlə yetirdi

Cəmiyyət Materials 24 Avqust 2023 14:11 (UTC +04:00)
Abşeronda kişi 25 yaşlı arvadını qətlə yetirdi
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Abşeronda qadın öldürülüb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu gün 13:30 radələrində Abşeron rayonu Masazır qəsəbəsində 1998-ci il təvəllüdlü İsaqova Səkinəxanım Vaqif qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Qeyd edilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, qadının həyat yoldaşı 1995-ci il təvəllüdlü Musayev Elnur Nurəli oğlu könüllü polisə gələrək təslim olub. O, saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti